Şrift:
Akademik Zərifə Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verib
28.04.2022 [10:05] - Xəbərlər, Sosial
Akademik Zərifə Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verib. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.

Bu fikir Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Gözlərə nur saçan nur üzlü ana” adlı tədbirdə səsləndirilib. Beyləqan rayon peşə məktəbinin müəllim və tələbələrinin, fəal gənclərin, mərkəzin əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə Zərifə xanım Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı Mədinə Rzayeva akademik Zərifə Əliyevanın zəngin həyat yolu, elmi, pedaqoji və həkimlik fəaliyyəti haqqında ətraflı məlumat verib.

Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova çıxışında bildirib ki, görkəmli alim Zərifə Əliyeva bütün ömrünü ölkəmizdə oftalmologiya sahəsinin inkişafına, peşə ilə əlaqədar sonradan əmələ gələn göz xəstəliklərinin müalicəsinə həsr edib. Zərifə xanım tibb sahəsində əldə etdiyi uğurlarla, fərdi keyfiyyətləri ilə ailəsinin və Vətəninin adını daim ucaldıb.

Tədbirdə digər çıxış edənlər akademik Zərifə xanım Əliyevanın yüksək səviyyəli tibb işçilərinin hazırlanmasında, həkim-oftalmoloqların ixtisaslarının artırılmasında, elmi kadrların yetişməsində böyük xidmətlərindən söz açıblar.

Tədbirin sonunda Zərifə Əliyevanın ömür yoluna həsr edilən film nümayiş etdirilib, akademikin həyat və fəaliyyətini əks etdirən kitablara, fotoşəkillərə baxış keçirilib.
Bu xəbər oxucular tərəfindən 1920 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed