Şrift:
Əsgər Ceyhun Qubadovun anası ictimaiyyətə müraciət edib
11.01.2013 [14:49] - Sosial
“Xahiş edirəm bu hadisədən siyasi məqsədlər üçün istifadə olunmasın, bununla bağlı hər hansı aksiyanın keçirilməsinin tamamilə əleyhinəyəm”


“Azərbaycan xalqına, Azərbaycan gənclərinə müraciət edərək ailəmizə üz vermiş ağır faciə - oğlum Ceyhun Qubadovun ölümü ilə əlaqədar kədərimizi bölüşdüyünüzə görə hər birinizə səmimi minnətdarlığımı bildirirəm”. Bu sözlər Daşkəsəndəki N saylı hərbi hissənin mərhum əsgəri Ceyhun Qubadovun anası Samirə Qubadovanın ictimaiyyətə müraciətində əksini tapıb.

S. Qubadova müraciətində daha sonra yazır: “Mən Azərbaycan dövlətinə, onun prezidenti İlham Əliyev cənablarına inanıram və ümidvaram ki, oğlumun ölümü ilə əlaqədar başlanmış cinayət işi obyektiv araşdırılacaq və bu işdə təqsiri olan bütün şəxslər cinayət məsuliyyətinə cəlb olunmaqla layiqli cəzalarını alacaqlar.

Bu hadisə ilə əlaqədar müxtəlif vəzifəli şəxslər tərəfindən qəbul olunmuşam. Mənə və ailəmizə verdikləri mənəvi dəstəyə və kədərimizi bölüşdüklərinə görə həmin şəxslərə, eyni zamanda Milli Məclisin üzvlərinə dərin təşəkkürümü bildirirəm. Mənə və ailəmizə dövlətimizin və hökumətimizin dəstəyi yetərlidir.

Mənim kədərimdən, mənim qüssəmdən heç kəsin sui-istifadə etməsinə ixtiyarı yoxdur. Xahiş edirəm bu hadisədən siyasi məqsədlər üçün istifadə olunmasın və bununla bağlı hər hansı aksiyanın keçirilməsinin tamamilə əleyhinəyəm”.
Bu xəbər oxucular tərəfindən 1135 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed