Şrift:
Mingəçevir Dövlət Universitetinin tələbələri istehsalat təcrübəsini uğurla davam etdirirlər
04.05.2022 [10:19] - Xəbərlər, Sosial
2021/2022-ci tədris ilinin yaz semestrində Mingəçevir Dövlət Universitetinin (MDU) buraxılış kursları üzrə təhsil alan tələbələri istehsalat təcrübəsini uğurla davam etdirirlər.

MDU-dan bildirilib ki, Mühəndislik fakültəsindən 101, Təhsil fakültəsindən 241, İqtisadiyyat və idarəetmə fakültəsindən 188 nəfər olmaqla, ümumilikdə 530 tələbə Mingəçevirdə və ətraf regionlarda fəaliyyət göstərən müvafiq müəssisə, idarə və təşkilatlarda istehsalat təcrübəsinə cəlb ediliblər.

Təcrübə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Ali (orta ixtisas) təhsil müəssisələri tələblərinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”yə uyğun təşkil olunub.

Qeyd edək ki, praktiki peşə bacarıqlarının əldə edilməsi və təkmilləşdirilməsi, qazanılmış nəzəri biliklərin tətbiqi, genişləndirilməsi və sistemləşdirilməsi baxımından tələbələrin tədris planının vacib tərkib hissələrindən sayılan istehsalat təcrübəsinin səmərəli təşkili MDU-da diqqət mərkəzində saxlanılır.
Bu xəbər oxucular tərəfindən 1814 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed