Şrift:
Bu il qaçqın və məcburi köçkünlər üçün 8 qəsəbə salınacaq
11.01.2013 [15:56] - Gündəm, Sosial
2013-cü ildə qaçqın və məcburi köçkünlər üçün 8 qəsəbə, 4 min mənzilin tikintisi nəzərdə tutulub, 20 min məcburi köçkün mənzillə təmin olunacaq. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycan Prezidentinin imzaladığı "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqamı" çərçivəsində 2013-cü ildə nəzərdə tutulan tədbirlərin müzakirəsinə həsr olunmuş müşavirədə bildirib.

Onun sözlərinə görə, bu il görüləcək işlər üçün dövlət büdcəsindən 300 milyon manat vəsait ayrılıb.

"Gəncə şəhərində artıq tikintisinə başlanılan 1500 mənzildən ibarət 25 beşmərtəbəli binadan ibarət şəhərcik, Bərdədə əvvəllər çadır şəhərciyi salınan yerdə 866 mənzildən ibarət 15 beşmərtəbəli bina tikilir", - Həsənov deyib və qeyd edib ki, həmçinin Abşeronda, İmişlidə, Qaradağda, İsmayıllı, Balakən və Qəbələ də belə binalar tikiləcək.
Bu xəbər oxucular tərəfindən 1100 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed