Şrift:
Əli Xamneyinin tvitter hesabından Azərbaycan və Türkiyəyə təhdid mesajı yayıldı
04.05.2022 [10:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Bəziləri Misirin 40 il qabaqkı sionist rejimlə əlaqə qurmaq səhvini tıkrarlamaq istəyir. Bu həm onların özlərinə zərərdir, həm fələstinlilərə. Bunun sionist rejimə də faydası olmayacaq”-deyə, mesajda qeyd olunub.

Qeyd edək ki, xüsusilə son aylar bir sıra ərəb ölkələrinin İsrail dövləti ilə münasibətləri normallaşdırmağa başlamaları və diplomatik əlaqələrin genişləndirilməsi İran hökumətini narahat edib.

İran rəsmiləri və onların nəzarətində olan media orqanları ərəb körfəz ölkələri, Azərbaycan və Türkiyə cümhuriyyətlərini İsraillə əlaqələrinə görə hədəf alır, təhdid mesajları yayırlar.
Bu xəbər oxucular tərəfindən 365 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed