Şrift:
Qarabağ Regional Təhsil İdarəsinin müdiri təhsil ictimaiyyətinə təqdim olunub
05.05.2022 [09:38] - Xəbərlər, Siyasət
Bərdə Rayon Təhsil Şöbəsində keçirilən tədbirdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov ictimaiyyətə təqdim edilib.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyev Bərdə şəhərin mərkəzi meydanında yerləşən abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxışında Təhsil Nazirliyi sistemində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamları diqqətə çatdırıb, təhsilə göstərilən dövlət qayğısından bəhs edib.

Təhsil Nazirliyinin Aparat rəhbəri Həsən Həsənli Regional Təhsil İdarələrinin əhəmiyyətindən danışıb. Regional Təhsil İdarəsinin müdirini təbrik edərək, kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, Qarabağ Regional Təhsil İdarəsi Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarını əhatə edir.

Sonra Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov təhsil ictimaiyyətinə təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 267 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed