Şrift:
UNESCO və BMT İnsan Hüquqları Ofisi husilərin girovluğunda olan əməkdaşlarının azad olunmasını tələb edib
05.05.2022 [09:41] - Xəbərlər, Siyasət
UNESCO və BMT İnsan Hüquqları Ofisinin ötən ilin noyabrında Yəməndəki husilərin girov götürdükləri iki əməkdaşlarının azad olunması ilə bağlı birgə müraciəti yayımlanıb.

UNESCO-nun baş direktoru Odri Azulay və BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Mişel Baçeletin imzaladıqları müraciətdə husi qiyamçılarının nəzarətində olan Səna şəhərində saxlanılan əməkdaşların dərhal azad edilməsi tələb olunur.

Müraciətdə qeyd edilib ki, ötən ilin noyabrında girov götürülmüş əməkdaşların saxlanıldığı yer məlum deyil və Ramazan bayramı günlərində onların azad olunması Yəməndə sülhə doğru atılan xoşniyyətli addım ola bilər. “UNESCO və BMT İnsan Hüquqları Ofisi öz əməkdaşlarının səhhəti ilə bağlı dərin narahatlıq hissi keçirir və bir daha xatırladır ki, beynəlxalq hüquqa görə BMT əməkdaşları dünyanın bütün nöqtələrində toxunulmazlıq statusuna malikdirlər”, - deyə müraciətdə vurğulanıb.
Bu xəbər oxucular tərəfindən 369 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed