Şrift:
Ukrayna Prezidenti ilə BMT Baş katibi arasında telefon danışığı olub
05.05.2022 [09:46] - Xəbərlər, Siyasət
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.

Volodimir Zelenski Birləşmiş Millətlər Təşkilatının rəhbərindən Mariupolda yerləşən Azovstal zavodundakı yaralıların təxliyəsinin təşkili üçün kömək istəyib.

Həmçinin Ukrayna Prezidenti Antonio Quterreşə BMT və Qırmızı Xaç Komitəsinin rəhbərliyi ilə həyata keçirilən uğurlu təxliyə prosesinə görə minnətdarlığını bildirib.
Bu xəbər oxucular tərəfindən 313 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed