Şrift:
UEFA Çempionlar Liqası: "Real Madrid" qələbə qazanaraq finala yüksəlib
05.05.2022 [09:47] - Gündəm, İdman
Futbol üzrə UEFA Çempionlar Liqasının 2021-2022-ci il mövsümünün ikinci yarımfinal görüşü keçirili

Mərhələnin ikinci oyun günündə İspaniyanın “Real Madrid” klubu öz meydanında İngiltərənin “Mançester Siti” komandasını qəbul edib.

“Santyaqo Bernabeu” stadionunda keçirilən görüşdə meydan sahibləri üstün olub - 3:1.

Hesabı 73-cü dəqiqədə qonaqlardan Riad Mahrez açıb. Meydan sahibləri 90-cı və 91-ci dəqiqələrdə Rodriqonun vurduğu qollarla ümumi hesabı bərabərləşdirib. Bu səbəbdən görüşdə əlavə vaxt oynanılıb. Görüşün 95-ci dəqiqəsində Kərim Benzema penaltidən fərqlənməklə, 3-cü topu rəqibin qapısından keçirib və yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, komandalar arasında Mançesterdə keçirilmiş ilk oyunda İngiltərə komandası 4:3 hesabı ilə qələbə qazanıb. Bu cütün qalibi finalda ötən gün İspaniyanın “Vilyareal” komandasını məğlub edən (3:2, 2:0) İngiltərənin “Liverpul” klubu ilə qarşılaşacaq
Bu xəbər oxucular tərəfindən 1771 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed