Şrift:
Çili qızılbalıq ixracı üzrə dünyada ikinci yeri tutur
05.05.2022 [09:51] - Gündəm, İqtisadiyyat
Çili müxtəlif məhsulların və qida üzrə xammalın istehsalı baxımdan xüsusi əhəmiyyətə malikdir. Bu məhsullar arasından qızılbalıq ölkə iqtisadiyyatda mühüm yer tutur. Belə ki, qızılbalıq sənayesindəki inkişaf ölkədə coğrafi üstünlüyün və təbii resursların iqtisadi arenada yaratdığı əlverişli mühitin bariz nümunəsidir.

1981-ci ildən etibarən Çili Fondu və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında əlaqələrin qurulması ilə qızılbalıq növlərinin yetişdirilməsinə artan diqqət bu sahənin zamanla ölkənin maliyyə, nəqliyyat, təchizat, qida və digər sektorlar üçün təbii təkan rolu oynamasına zəmin yaradıb.

Beləliklə, Çili dünyanın ən böyük 2-ci qızılbalıq ixracatçısına çevrilib, bundan daha da vacibi balıqçılıq sektoru və akvakultura üzrə qida təhlükəsizliyi, bu sektorun sosial aləmə və ətraf mühitə neqativ təsirləri ilə bağlı elmi-texniki tədqiqat işlərinin aparılmasına diqqəti artırmışdır.

Xatırladaq ki, ətraf mühit nəzərə alınaraq, xüsusi təhlükəsizlik qaydaları çərçivəsində istehsalı həyata keçirilən məhsulun ixracından əldə olunan qazanc 2020-ci ildə 4.4 milyard dollaradək yüksəlmişdir.
Bu xəbər oxucular tərəfindən 1817 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed