Şrift:
Stolüstü tennis üzrə milli komandamız Türkiyədə təlim-məşq toplanışını başa vurublar
06.05.2022 [09:02] - Xəbərlər, İdman
Stolüstü tennis üzrə milli komandamız Türkiyədə təlim-məşq toplanışını başa vurub.

Azərbaycan Stolüstü Tennis Federasiyasından bildiriblər ki, Türkiyənin Yalova şəhərində təşkil olunan hazırlıq prosesində milli üzvlərindən Nəzakət Qarayeva, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova, Emin Məmmədov, Vəzir Allahverdiyev, Nihad Məmmədov və Adil Əhmədzadə iştirak ediblər.

Komandanın böyük məşqçisi Fərhad İsmayılov və məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə keçən toplanışdan sonra seçmə komanda hazırlıq proqramına əsasən, digər toplanışlara qatılacaq.

Qeyd edək ki, təlim-məşq toplanışının təşkilində əsas məqsəd komandamızın İslam Həmrəyliyi Oyunlarına hazırlığının təmin edilməsidir.

Xatırladaq ki, növbəti oyunlar avqustun 9-18-də Türkiyənin Konya şəhərində təşkil olunacaq.
Bu xəbər oxucular tərəfindən 1242 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed