Şrift:
Mərakeş və Nigeriya dünyanın ən uzun təbii qaz kəmərini çəkmək niyyətindədir
06.05.2022 [09:07] - Gündəm, Sağlıq
Mərakeş və Nigeriya 5660 kilometr uzunluğunda dünyanın ən uzun dəniz qaz kəmərini çəkmək niyyətindədir.

Nigeriya Prezidenti Məhəmməd Buhari Nigeriya Milli Neft Korporasiyası ilə Mərakeşin Karbohidrogenlər və Minerallar Milli İdarəsi arasında bağlanmış əməkdaşlıq sazişinin 2018-ci ilin iyununda paraflandığını bildirib.

Qaz kəməri qazı Nigeriyadan Mərakeşə 11 Qərbi Afrika ölkəsi vasitəsilə Avropa ölkələri üçün nəql edəcək.

Nigeriyanın Neft Ehtiyatları üzrə Dövlət Naziri Timipre Silva bildirib ki, ölkədən Qanaya qaz nəql edən Qərbi Afrika qaz kəmərinin davamı olan layihə hazırda maliyyə tərəfdaşları axtarır. Qaz kəmərinin tikintisinə 2023-cü ilin mayından əvvəl, Nigeriya Prezidenti Məhəmməd Buharinin səlahiyyət müddəti başa çatana qədər başlanması planlaşdırılır.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Rusiya Mərakeş-Nigeriya qaz kəməri layihəsinə sərmayə qoymağa hazır olan beynəlxalq təşkilatlar sırasındadır.
Bu xəbər oxucular tərəfindən 4828 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed