Şrift:
Bərdənin sərbəst güləşçiləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr edilmiş turnirdə qüvvələrini sınayıblar
09.05.2022 [09:48] - Gündəm, İdman
Bərdə rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş sərbəst güləş üzrə rayon birinciliyinə yekun vurulub.

Bərdə Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 2008-2010 və 2011-2013-cü il təvəllüdlü idmançılar qüvvəsini sınayıblar. Olimpiya İdman Kompleksində təşkil olunan birincilikdə 18 çəki dərəcəsində 54 idmançı mübarizə aparıb.

Yarışın qaliblərinə diplom və medallar təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 1217 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed