Şrift:
ABŞ-ın birinci xanımı Ukraynaya gizli səfər edib
09.05.2022 [09:49] - Xəbərlər, Siyasət
ABŞ Prezidenti Co Baydenin xanımı Cill Bayden Avropaya səfəri çərçivəsində Ukraynada olub.

TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ukraynaya gizli səfər edən Cill Bayden Ujqorod şəhərində Ukraynanın birinci xanımı Yelena Zelenski ilə görüşüb.

Görüş mümkün qədər məxfi saxlanılıb və mətbuat üçün qapalı olub. Görüşdə yalnız Ağ Evin mətbuat xidməti iştirak edib.

ABŞ-ın birinci xanımı və Y.Zelenski Ujqorodda Ukraynanın hərbi əməliyyatların davam etdiyi ərazilərdən məcburi köçkün düşən insanların məskunlaşdıqları məktəbə baş çəkiblər.

Ukraynada cəmi 2 saat olan Cill Bayden Slovakiyaya gedib.

Qeyd edək ki, ABŞ-ın bir sıra media orqanları Cill Baydenin Ukraynaya səfərinə dair görüntüləri artıq yayıblar.
Bu xəbər oxucular tərəfindən 419 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed