Şrift:
Zeljko Komsic seçkilərdə yenə namizədliyini verməyi düşünür
09.05.2022 [09:57] - Xəbərlər, Siyasət
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin xorvat əsilli üzvü Zeljko Komsic seçkilərdə yenidən iştirak edəcəyini və namizədliyini verəcəyini bildirib.

İndiyədək üç dəfə Rəyasət Heyətinin üzvü seçilən Z.Komsic rəhbərlik etdiyi “Demokratik cəbhə” partiyasından namizəd olacağını bildirib.

Qeyd edək ki, Bosniya və Herseqovina Mərkəzi Seçki Komissiyası ölkədə ümumi seçkilərin oktyabrın 2-də keçiriləcəyini açıqlayıb.
Bu xəbər oxucular tərəfindən 479 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed