Şrift:
Voleybol üzrə Ağdam rayon birinciliyinin qalibləri mükafatlandırılıb
09.05.2022 [09:59] - Gündəm, İdman
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə Ağdam Olimpiya İdman Kompleksində keçirilən voleybol üzrə rayon birinciliyi başa çatıb.

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının, Ağdam Gənclər və İdman idarəsi ilə birgə təşkil etdiyi yarışda 8 komanda iştirak edib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Paşabəyli kənd komandası birinci, Üçoğlan kənd komandası ikinci, Ağdam Dövlət Sosial-İqtisadi Kollecin komandası üçüncü yerə layiq görülüb.

Birinci yeri tutan komanda kubokla mükafatlandırılıb. İlk üç yerə layiq görülən komandaların üzvlərinə isə diplomlar təqdim edilib.
Bu xəbər oxucular tərəfindən 1241 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed