Şrift:
İkinci Dünya müharibəsi zamanı Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib
10.05.2022 [09:47] - Gündəm, Sosial
İkinci Dünya müharibəsi zamanı Belçika ərazisində həlak olmuş həmvətənlərimizin xatirəsi Azərbaycanın Belçika Krallığındakı Səfirliyinin əməkdaşları tərəfindən yad edilib.

Bu məqsədlə Belçikanın Genk, Koersel, Şarlerua şəhərlərində və Butqenbah bölgəsində həlak olmuş həmvətənlərimizin məzarları səfirlik əməkdaşları tərəfindən ziyarət olunub.

Həmvətənlərimizin əziz xatirəsi onların məzarları önünə gül dəstələri qoyulmaqla anılıb.
Bu xəbər oxucular tərəfindən 1799 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed