Şrift:
Qırğızıstanın dövlət televiziyasında Azərbaycanla bağlı süjetlər yayımlanıb
10.05.2022 [09:54] - Xəbərlər, Siyasət
Qırğızıstanın “Piramida” dövlət televiziya kanalının “Dostluq körpüsü” proqramında Prezident Sadır Japarovun Azərbaycana rəsmi səfərinin nəticələri ilə bağlı geniş videomaterial yayımlanıb.

Soydaşlarımız Hökümə Xəlilova və Ramiz Məşədihəsənlinin müəllifi və aparıcısı olduğu proqramda siyasi icmalçılar Azərbaycanla Qırğızıstan arasında əməkdaşlığın yeni səhifəsinin açıldığını qeyd ediblər. Azərbaycan Prezidenti İlham Əliyevin adından Qırğız Respublikasının Prezidenti Sadır Japarovun şərəfinə verilən ziyafətdə Azərbaycanın dövlət başçısı Qırğızıstanla imzalanan sənədlərdən ikisinin - Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin və Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandumun çox mühüm əhəmiyyət daşıdığı bildirilib.

Telekanalda, eyni zamanda, Bakıdakı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Türkiyənin Milli Suverenlik və Uşaq Bayramının keçirildiyi, Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev və Fondun rəhbərliyi tərəfindən uşaqlara hədiyyələr təqdim edilməsi haqqında süjet verilib.

Verilişdə Bakı şəhərinin mənzərələri, küçə və meydanları ilə bağlı videomaterial də göstərilib.
Bu xəbər oxucular tərəfindən 725 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed