Şrift:
Abidjanda səhralaşmaya qarşı BMT-nin COP15 Tərəflər Konfransı işə başlayıb
10.05.2022 [10:00] - Gündəm, Sosial
Abidjanda (Kot-d'İvuar) “Yer. Həyat. Miras: Qıtlıqdan Bərəkətə” adı altında BMT-nin Tərəflərin Konfransı (COP15) işinə başlayıb.

Yüz dövlət başçısı və siyasətçi torpaqların sürətlə deqradasiyası və onun biomüxtəlifliyə və əhaliyə zərərli təsirləri ilə bağlı konkret tədbirlər görməyə cəhd etmək üçün Kot-d'İvuara toplaşıb.

Fransa Prezidenti Emmanuel Makron və Avropa Komissiyasının sədri Ursula fon der Leyen səhralaşmanın artmasının qarşısını almaq üçün konkret tədbirlər görməli olan BMT-nin Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasının (UNCCD) Tərəflərin 15-ci Konfransında (COP) videokonfrans vasitəsilə iştirak edəcəklər.

UNCCD-nin məlumatında vurğulanır ki, tədbirin mövzusu “Yer. Həyat. Miras: Qıtlıqdan Bərəkətə” bu planetdə həyat mənbəyi olan yerin indiki və gələcək nəsillərə fayda verməyə davam etməsini təmin etmək üçün fəaliyyətə çağırışdır.

Mayın 20-də öz işini yekunlaşdıracaq konfransda 2030-cu ilə qədər bir milyard hektar deqradasiyaya uğramış torpağın bərpası, iqlim dəyişikliyinin təsirləri qarşısında torpaqdan istifadənin davamlılığı və quraqlıq, qum, toz, fırtınalar və meşə yanğınları kimi təbii fəlakətlərin artan riskləri ilə mübarizə məsələlərinə xüsusi diqqət yetiriləcək.

Abidjan Təşəbbüsü Kot-d'İvuarda deqradasiyaya uğramış torpaqların bərpası və dayanıqlı kənd təsərrüfatı istehsalının gücləndirilməsi üçün beynəlxalq donorlardan 1 və 2 milyard dollar arasında sərmayə səfərbər etmək niyyətindədir.

Konfransda həmçinin Seneqaldan Cibutiyə qədər 8000 km uzunluğunda 2030-cu ilə qədər Afrikada yüz milyon hektar quru əraziləri bərpa etməyi hədəfləyən Böyük Yaşıl Divar layihəsi də nəzərdən keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 270 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed