Şrift:
Heydər Əliyev Sarayının yeni veb-saytı istifadəyə verilib
10.05.2022 [10:02] - Gündəm, Mədəniyyət
Mayın 9-da Heydər Əliyev Sarayının veb-saytı (heydaraliyevpalace.az) istifadəyə verilib.

Sarayın mətbuat katibi Aytac Bağır bildirib ki, əsas məqsəd Heydər Əliyev Sarayının saytını müasir tələblərə uyğunlaşdırmaq, tamaşaçıların rahatlığını təmin etmək, Sarayın fəaliyyətində olacaq yeniliklərin operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin etmək və mötəbər tədbirlərin keçiriləcəyi müddətdə ölkəyə gələcək xarici qonaqlara, turistlərə beynəlxalq standartlara uyğun xidmət göstərməkdir.

Saytın təqdimatı zamanı Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov çıxış edərək ulu öndər Heydər Əliyevin ölkəyə birinci və ikinci dəfə rəhbərliyi dövrlərində tarixi səhnədə hər zaman Azərbaycan və dünya xalqlarının mədəniyyət və incəsənət, habelə ictimai-siyasi xadimlərinə önəm verdiyini qeyd edib.

“50 illik yubileyin ərəfəsində irəlidə keçirilməsi nəzərdə tutulan böyük tədbirlər planı hazırlanır və inanırıq ki, Heydər Əliyev Sarayının 50 illik yubileyi ölkəmizin mədəni həyatına tarixi gün kimi yazılacaq. Bu səbəbdən də tərəfimizdən, Heydər Əliyev Sarayının məzmunu, dizaynı, operativliyi və yüksək keyfiyyəti ilə fərqlənən saytının yaradılmasının vacibliyinə qərar verilmişdir”, - deyə Ramil Qasımov bildirib.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə yüksək peşəkarlıqla hazırlanmış saytda Ümummilli Liderin həyat və fəaliyyəti haqqında geniş informasiya yerləşdirilib. Həmçinin saytda Heydər Əliyev Sarayının yaranma və fəaliyyət tarixi, repertuarı, Sarayda keçirilən layihələr, konsertlər, festivallar və bir çox mötəbər tədbirlər haqqında geniş məlumatlar, video və fotoalbomlar ilə ətraflı tanış olmaq mümkündür.

Bundan sonra, tamaşaçılar saytdan Heydər Əliyev Sarayının feysbuk, instagram və yutub səhifələrini izləmək imkanı əldə edəcək və eyni zamanda e-bilet bölməsindən Sarayda keçirilən bütün tədbir və konsert proqramlarına onlayn bilet əldə edə biləcəklər.
Bu xəbər oxucular tərəfindən 269 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed