01.06.2022 [12:00] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
İrəvan iddia edir ki, Bakı üçtərəfli sazişi imzalamaqla Dağlıq Qarabağın mövcudluğunu tanıyıb, Putinlə Paşinyanın birgə bəyanatı isə Minsk Qrupunun yaşadığını təsdiqləyir; Fərəc Quliyev: “Pozucu ifadələrin mənbəyi Rusiyadır...”
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Prezident İlham Əliyevin artıq Dağlıq Qarabağ adlı bir terminin olmadığı, Qarabağ münaqişəsinin isə həll edildiyi, ATƏT-in Minsk Qrupunun olmadığı barədə bəyanatlarına “cavab” verib. “Yeni Müsavat”ın xəbərinə görə, nazir vurğulayıb ki, “Azərbaycan Prezidentinin imzaladığı və qüvvədə olan, Dağlıq Qarabağın olduğunu bildirən sənəd var və bu sənəd 9 noyabr tarixli üçtərəfli bəyanatdır”. Mirzoyan iddia edib ki, Azərbaycan Prezidenti bu sənədi imzalamaqla “Dağlıq Qarabağın mövcudluğunu tanıyıb və bu, danılmaz faktdır”. Yəni Mirzoyan üçtərəfi bəyanatı absurd şəkildə yozmağa cəhd edib.
XİN başçısı İ.Əliyevin ATƏT-in Minsk Qrupunun da olmadığı haqda dediklərinə cavab verməyə çalışıb. Erməni nazir əvvəl Minsk Qrupunun həmsədrlərinin öz öhdəliklərini təsdiqlədikləri haqda hansısa rəsmi bəyanatlardan danışıb. Deyib ki, Minsk Qrupunun adı Paşinyanla Putinin aprelin 19-da qəbul edilmiş birgə bəyanatında da vurğulanıb. “Yalnız son bir həftədə ABŞ və Fransadan oxşar bəyanatlar səslənib. 2021-ci ilin dekabrında Stokholmda keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının sammitində də ”Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupu həmsədrlərinin müstəsna rolunu qeyd ediblər. ATƏT-in Minsk Qrupunu Azərbaycan deyil, beynəlxalq ictimaiyyət yaradıb. Ona görə də Azərbaycan onu nə buraxa, nə də öz missiyasını başa vurmuş hesab edə bilər. Həmin beynəlxalq ictimaiyyət indi ATƏT-in Minsk Qrupunun mövcudluğunu bəyan edir", - deyə Mirzoyan bildirib.
Mirzoyanın istinad etdiyi sənəddə həqiqətən də Dağlıq Qarabağ ifadəsi var. Amma Mirzoyan unudur ki, Dağlıq Qarabağ işğaldan azad edildikdən sonra əvvəlki danışıqlardakı statusunu itirib, rəsmi şəkildə inzibati-ərazi vahidi kimi də ləğv olunub. Azərbaycan Prezidentinin 2021-ci il iyunun 7-də imzaladığı fərmana görə, bəli, Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzalanan fərman əsasında Qarabağ iqtisadi zonası yaradılıb, bütün Qarabağa aid olan rayonlar orada birləşib. Bunu təsdiq edən sənəd açıq resurslarda var və Mirzoyan onu tapıb tanış ola bilər. “Dağlıq Qarabağ yoxdur” deyəndə Azərbaycan Prezidenti də, dövlət qurumları da, cəmiyyəti də, media da o fərmana istinad edir.
Mirzoyan ATƏT-in Minsk Qrupu haqqında bu qədər “arqument” gətirərkən, nədənsə, Rusiya xarici işlər naziri Sergey Lavrovun səsləndirdiyi bəyanatı “yaddan çıxarır”. Halbuki Rusiya xarici işlər naziri aprelin 8-də məhz Mirzoyanla görüşdən sonrakı brifinqdə bəyan etmişdi ki, anti-Rusiya dalğası kontekstində Qərb ATƏT-in Minsk Qrupunun həmsədrlik mexanizmini ləğv edib. “ATƏT-in Minsk Qrupu çərçivəsində Qarabağ danışıqları üçün nəzərdə tutulan kvota ləğv edilib. Bizim fransalı-amerikalı həmkarlarımız rusofobiya hissi ilə dedilər ki, bizimlə bu formatda əlaqə saxlamayacaqlar”, - Lavrov söyləyib. Əslində bununla da Lavrov rəsmən bəyan etdi ki, ATƏT-in Minsk Qrupu yoxdur.
O halda, erməni nazir niyə 10 noyabr üçtərəfli sənədinə istinad edərək “Azərbaycan Prezidenti bu sənədi imzalamaqla ”Dağlıq Qarabağın mövcudluğunu tanıyıb və bu, danılmaz faktdır" deyir? “ATƏT-in Minsk Qrupunun adı Paşinyanla Rusiya prezidentinin aprelin 19-da qəbul edilmiş birgə bəyanatda da vurğulanıb” deməklə, hər iki halda Rusiya prezidenti Vladimir Putinin imzası arxasında gizlənməyə cəhd edir. Bu iddiaların arxasında nə dayanır? Niyə İrəvan əldə edilmiş razılaşmaları icra etmək yerinə 10 noyabr sənədini təftiş edir, təhrif etməyə çalışır?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın bu addımları Moskva ilə razılaşdırılır və məqsəd Brüssel anlaşmalarını icra etməməkdir. Partiya sədri hesab edir ki, təlimat Moskvadan gəlir: “Üçtərəfli sənəddə deyilir ki, Azərbaycan ərazilərinə rus hərbçiləri daxil olanda erməni silahlılar çıxır. Ölkənin inzibati quruluşu isə öz daxili işimizdir. Fakt budur ki, Bakı sülh müqaviləsi ilə bağlı 5 prinsip təqdim edib, İrəvan da problem görmür, deməli, ölkələr bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Paşinyan da dəfələrlə deyib ki, Ermənistan MDB-yə daxil olanda Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. O halda buyursunlar, tanısınlar. Amma Rusiyadan gələn açıqlamalar var, Moskva rəsmiləri ”həll olunmayan məsələlər var" deməklə göstərir ki, İrəvandan verilən pozucu ifadələrin mənbəyi Rusiyadır".
F.Quliyevin fikrincə, bundan istifadə edən Ermənistan təzyiq göstərmək istəyir: “Ancaq biz təzyiqləri gücləndirməliyik. Ona görə sərt danışmalıyıq: ya Qarabağdan erməni silahlıları çıxsınlar, ya da sülhməramlılar rədd olub getsinlər, özümüz həll edərik. Qısa zamanda bunu həll etməliyik. Bizi masada yubatmaqla hədəflərimizdən yayındıra bilməzlər”.

Emil SALAMOĞLU/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 1342 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |