Şrift:
Fərəc Quliyev:Bu dialoq mühiti, siyasi partiyalar arasındakı münasibətlərə də müsbət təsir etdi
08.06.2022 [20:55] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə reallaşan siyasi dialoq prosesi çərçivəsində siyasi partiya rəhbərləri ilə təşkil olunan görüş və diskussiyalar davam etdirilir. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin növbəti görüşü mayın 16-da Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev ilə keçirilib.


Məlum görüşlə bağlı Partiya sədri Fərəc Quliyev Adalet.az saytına bunları dedi:

“Bizim partiya olaraq hər zaman mövqeyimiz belə olub ki, bütün məsələləri masada çözmək lazımdır. Təbii ki, ölkənin problemləri olubdu , var və bundan sonra da olacaqdır. Bu problemləri aradan qaldırmaq üçün də təbii ki, danışıqlar və dialoqlara ehtiyac var. Hakimiyyətdə çatışmazlıqlar varsa mütləq tənqid olunmalıdır. Lakin cəmiyyətdə qərəzli şəkildə hər hansısa anlaşma etmədən qarşıdurma yaratmaq doğru deyil. Biz cəmiyyətdə bütövlüyü əsas tuturuq. Biz hesab edirik ki, günümüzdə buna daha çox ehtiyac var. Çünki ölkəmiz post – müharibə dövrünün bir çox problemlərini həll etməlidir. Nəzərə almalıyıq ki, ölkəmizin xarici və daxili düşmənləri var. Biz bunu çox ciddi bir faktor kimi nəzərə almalıyıq. Bütün ölkələrin hər zaman birliyə ehtiyacı var. Belə məqamlarda isə daha çox ehtiyac yaranır.Hesab edirəm ki, ölkə prezidentinin təşəbbüsü ilə yaradılan, siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi çox əhəmiyyətlidir. Bu şöbəyə rəhbət təyinatı da çox uğurlu təyinatdır. Ədalət Vəliyev çox bacarıqlı kadrlardan biridir. Düşünürəm ki, bu dialoq mühitinin yaranması təkcə iqtidar – müxalifət arasında münasibətələrə müsbət təsir etmədi. Eyni zamanda partiyaların öz aralarında da münasibətlərini sanki daha da yumşaltdı. Əlbəttəki, hər bir partiyanın öz mövqeyi var. Təbii ki, bir siyasi partiya yaranıbsa hakimiyyətə gəlməkdə maraqlıdır və bu normaldır. Amma hakimiyyətdə kim olursa olsun hakimiyyət bir növ menecerdir. Hakimiyyətdə bu gün biri sabah isə digəri ola bilər. Lakin dövlət maraqları və milli maraqlarda hər birimiz eyni mövqedən çıxış etməliyik. Bizim partiya olaraq baxışımız belədir. Bu dialoq mühitinin davam etməsini arzu edirik. İslahatlarla bağlı təkliflərimizi yazılı şəkildə həmin şöbəyə ünvanlayırıq. Və arzu edirik ki, təkliflərimiz nəzərə alınacaqdır. Ölkədə ciddi nəticələr əldə etmək üçün ən birinci faktor barış mövqeyinin olmasıdır. Siyasi palitrada da bu danışıqların bu mənada çox böyük əhəmiyyəti vardır. ”

adalet.az
Bu xəbər oxucular tərəfindən 672 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed