Şrift:
“Saudi Aramco”nun prezidenti “Forbes”in versiyası üzrə Yaxın Şərqin ən yaxşı icraçı direktorudur
07.07.2022 [06:13] - Xəbərlər, Siyasət
“Saudi Aramco” neft şirkətinin prezidenti Amin Nasser “Forbes” jurnalının tərtib etdiyi Yaxın Şərqin ən yaxşı icraçı direktorları siyahısında birinci olub. Səudiyyə Ərəbistanının bu şirkəti 2015-ci ildən bəri dünya bazarlarına ən çox xam neft ixrac edir. A.Nasser, eyni zamanda, Dünya İqtisadi Forumu İdarə Heyətinin üzvü və “JP Morgan” beynəlxalq şirkətinin müşaviridir.

Yaxı Şərqin 100 ən uğurlu şirkətinin icraçı direktorlarının daxil olduğu siyahıda ikinci yeri Birləşmiş Ərəb Əmirliklərinin sənaye naziri və Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) rəhbəri Sultan bin Əhməd əl-Caber tutub. “Forbes”in reytinq cədvəlində üçüncü yerdə isə Dubay Mülki Aviasiya İdarəsinin sədri və “Emirates” aviaşirkətinin icraçı direktoru Şeyx Əhməd bin Saed Al Maktum qərarlaşıb.

Siyahıda 26 Yaxın Şərq ölkəsində neft-qaz, bank-maliyyə, nəqliyyat və inşaat sektorlarında fəaliyyət göstərən iri şirkətlərin icraçı direktorları yer alıblar. Əsas meyarlar isə onların rəhbərlik etdikləri kompaniyaların son illər ərzində böyümə templəri olub.
Bu xəbər oxucular tərəfindən 363 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed