Şrift:
Dendrologiya İnstitutunda bu ilin I yarısında aparılan elmi-tədqiqat işləri ilə bağlı müzakirələr aparılıb
07.07.2022 [06:43] - Gündəm, Mədəniyyət
AMEA-nın Dendrologiya İnstitutunda 2022-ci ilin I yarısında aparılan elmi-tədqiqat işləri və alınan nəticələr ilə bağlı Elmi şuranın növbəti iclası keçirilib.

Bu barədə AMEA-dan bildirilib. Dendrologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru Samirə Bağırovanın sədrliyi ilə keçirilən iclasda şöbə və laboratoriyalarda yerinə yetirilən elmi-tədqiqat işlərinin yarımillik hesabatları təqdim olunub.

İnstitutda fəaliyyət göstərən 8 laboratoriya və 7 şöbənin müdirləri elmi və elmi-pedaqoji fəaliyyətləri, kadr hazırlığı, nəşr işləri, ezamiyyət və monitorinqlər haqqında geniş məlumat veriblər.

Aparılan işlər, mövcud problemlər ətraflı müzakirə olunub.
Bu xəbər oxucular tərəfindən 898 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed