Şrift:
Salyanda oğluna görə ictimai asayişi pozan şəxs həbs olunub
08.07.2022 [05:56] - Gündəm, Sosial
Salyan rayonunda yol qayda pozuntusu törədən şəxsin atası ictimai asayişi pozduğuna görə həbs olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru Nizam Həmidov bildirib ki, Salyan rayon sakini 21 yaşlı Oktay Salayev bu il fevralın 8-də idarə etdiyi “Vaz 2107” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə yol polisi əməkdaşı tərəfindən barəsində inzibati protokol tərtib olunmuş, inzibati xətaya görə təyin edilmiş 150 manat cəriməni uzun müddət ödəmədiyindən həmin məbləğ dəbbə ilə birlikdə 240 manat təşkil etmişdir. İyunun 29-da O.Salayev idarə etdiyi avtomobilin arxa dövlət qeydiyyat nişanı olmadığına və təhlükəli konstruksiya dəyişikliyi etdiyinə görə yol polisi tərəfindən saxlanılmışdır. Bu xətaya görə onun barəsində növbəti inzibati protokol tərtib edilmiş, hal şahidlərinin iştirakı ilə onun avtomobilinə baxış keçirildikdən sonra nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilmişdir.

Bu gün O.Salayevin atası Əlizamin Salayev oğlunu məsuliyyətdən yayındırmaq, eləcə də cərimələri ödəməmək məqsədilə sərxoş vəziyyətdə Salyan şəhərindəki Mərkəzi parka gələrək, ictimai asayişi pozaraq əsassız səs-küy qaldırıb.

Polis əməkdaşları onu intizama dəvət etdikdə isə Ə.Salayev qəsdən polisin qanuni tələbinə tabe olmayaraq müqavimət göstərib. O, saxlanılaraq rayon polis şöbəsinə gətirilib, barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə, o 30 sutka inzibati qaydada həbs olunub.
Bu xəbər oxucular tərəfindən 730 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed