Şrift:
Gəncədə şadlıq evindəki yanğın zamanı 100 nəfər təxliyə edilib
08.07.2022 [06:00] - Gündəm, Hadisə
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərində şadlıq saraylarından birində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən bildirilib ki, ümumi sahəsi 3600 kvadratmetr (hər mərtəbəsi 1800 kvadratmetr) olan ikimərtəbəli şadlıq sarayının dam örtüyü 3 kvadratmetr sahədə yanıb. Yanğın zamanı şadlıq sarayında olan 100 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Bu xəbər oxucular tərəfindən 2574 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed