Şrift:
Aqrotexniki xidmətlərə görə ƏDV tətbiq edilirmi?
13.07.2022 [06:34] - Gündəm, İqtisadiyyat
Meyvə-tərəvəz istehsalçısı olan kəndli əkin sahəsinin dərmanlanması üçün ƏDV qeydiyyatında olan hüquqi şəxslə müqavilə bağladıqda hüquqi şəxs tərəfindən göstərilən aqrotexniki xidmətlərə görə Əlavə Dəyər Vergisi tətbiq edilirmi?

Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinə 2022-ci ilin yanvarın 1-dən edilmiş dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarına aqrotexniki xidmətlərin göstərilməsi ƏDV-dən azaddır.

Sözügedən Məcəlləyə görə, ƏDV qeydiyyatında olan hüquqi şəxs tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçısına göstərilən aqrotexniki xidmətlərin dəyərinə ƏDV tətbiq edilmir.
Bu xəbər oxucular tərəfindən 1055 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed