Şrift:
Tovuzda gənclər arasında düşən mübahisə qanlı sonluqla nəticələnib
13.07.2022 [06:36] - Gündəm, Hadisə
Tovuz rayonunda kütləvi davanın sonu ölümlə bitib. Hadisə rayonun Aşağı Quşçu kəndindəki çay evlərinin birinin qarşısında qeydə alınıb. Kütləvi dava zamanı tərəflər bir-birinə bıçaq zərbələri endiriblər.

Mübahisə zəminində düşən kütləvi dava zamanı 35 yaşlı Anar Tağıyev, 39 yaşlı Vüsal Əhmədov və 35 yaşlı Nizami Vəliyev bıçaqlanıblar. Sonuncu aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Tovuz Rayon Mərkəzi Xəstəxanasının həkimi Kəmalə Abbasova bildirib ki, xəstəxanaya iki bıçaq xəsarətli şəxs daxil olub.

“Növbədə olduğumuz vaxt bizə iki bıçaq xəsarətli şəxs - Anar Tağıyev və Vüsal Əhmədov adlı şəxslər daxil olmuşdur. Daxil olarkən hər ikisinin sait nahiyəsində bıçaq yarası, Vüsal Əhmədovun kürək nahiyəsində isə bıçaq yarası olub. Təcili olaraq xəstələrə ilkin yardım göstərilib. Hazırda onların vəziyyətləri stabildir”, – deyə həkim Kəmalı Abbasova bildirib.

Hazırda faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Ətraflı
Bu xəbər oxucular tərəfindən 2299 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed