Şrift:
Hindistanda yağan güclü leysan nəticəsində azı 18 nəfər ölüb
13.07.2022 [06:59] - Gündəm, Hadisə
Hindistanın cənub-qərbində yağan güclü leysan nəticəsində azı 18 nəfər ölüb.

Şiddətli yağıntı Telanqana, Qucarat, Maharaştra və Madhya-Pradeş ştatlarında həyatı alt-üst edib. Güclü leysan səbəbindən bir çox ərazinin hələ də su altında qaldığı bildirilir.

Hindistan paytaxtının bir sıra rayonlarında da daşqınlar qeydə alınıb. Ötən gün musson yağışları Yeni Dehli yollarında nəqliyyatın hərəkətini iflic edib.

Meteoroloqlar ən azı yaxın sutka üçün daha çox leysan yağacağını proqnozlaşdırırlar.
Bu xəbər oxucular tərəfindən 2330 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed