Şrift:
"Bütün dünya səsimizi eşitdi, İran hökuməti eşitmir"-Urmunun millət vəkili
13.07.2022 [07:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
"Bütün dünya səsimizi eşitdi, ancaq İran hökumətinin başçıları bizi eşitmədilər. Azərbaycanlılar Urmu gölü üçün qan veriblər.

İstəyimiz odur ki, gölün bərpa işləri sürətləndirilsin. Göl bundan artıq quruyarsa bütün ətraf əyalətlər faciə ilə üzləşəcək"-deyə, Həzrətpur bildirib.

O, bildirib ki, İbrahim Rəisinin Urmu gölünün bərpası ilə bağlı 500 milyard tümən büdcə ayrıldığını iddia etsə də, bu istiqamətdə ciddi addım atılmayıb.

"Bundan öncəki prezidentlər və indiki prezident İbrahim Rəisi seçki təbliğatı zamanı Urmu gölünün bərpası barədə söz verib, ancaq seçiləndən sonra heç bir iş görməyiblər.

Bu azərbaycanlılardan su-istifadə deməkdir. Hökumət başçıları gölün bərpası işlərinin dayandırılması barədə xalqa hesabat verməlidirlər"-deyə, Urmunun nümayəndəsi tələb edib.

Ruhullah Həzrətpur deyib ki, Urmu Gölünün Bərpası Qərargahının əslində "Urmu gölünün məhv edilməsi qərargahı" adlandırılması daha doğru oları. O, adı çəkilən qərargahın səmərəli iş görmədiyini qeyd edib.

Millət vəkilinin sözlərinə görə, Urmu gölünün quruma səbəbinin 18 faizi iqlim dəyişiklikləri ilə bağlı olduğu halda, 82 faizi hökumət və əlaqədar qurumların yanlış idarəçiliyindən qaynaqlanıb.

O, yaz aylarında yağıntıların çoxaldığına görə göldə müvəqqəti olaraq nisbi su artımının hökumətin bərpa fəaliyyətlərinin hesabına yazılmasını absurd adlandırıb.
Bu xəbər oxucular tərəfindən 1775 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed