Şrift:
FHN: Xaçmazda meşəlik ərazidə baş vermiş yanğın söndürülüb
14.07.2022 [06:13] - Gündəm, Sosial
Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində söndürülüb.

FHN-dən bildirilib ki, yanğın nəticəsində, ilkin hesablamalara əsasən, təxminən 9 hektar sahədə kol-kos və əsasən qurumuş ağaclar yanıb.

Sıx meşəlik və əkin sahələri, ictimai-iaşə və kommunikasiya obyektləri yanğından mühafizə olunub.
Bu xəbər oxucular tərəfindən 678 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed