Şrift:
Baş Prokurorluq: Azərbaycan Ordusunun hərbi qulluqçusunun ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
14.07.2022 [06:36] - Gündəm, Hüquq
Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Ordusunun hərbi qulluqçusunun ölməsi faktı ilə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, iyulun 13-ü saat 23 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Manafzadə Ruslan Şərif oğlunun avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanmaqla hazırda istintaq aparılır.
Bu xəbər oxucular tərəfindən 973 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed