Şrift:
Bakıda “Əsgər ölümünə son” şüarı altında aksiya başlayıb
12.01.2013 [15:55] - Xəbərlər, Hərb
Azərbaycan Ordusunun əsgəri Ceyhun Qubadovun müəmmalı ölümü ilə əlaqədar bir qrup gəncin sosial şəbəkələr vasitəsilə Bakının Fəvvarələr meydanına təyin etdiyi aksiya başlayıb.

Aksiyaya hərbi xidmət zamanı dünyasını dəyişən bir qrup gəncin valideynləri start verib.

Onlar əllərində övladlarının şəkilləri meydana daxil olaraq övladlarının ölümündə günahkar olanların tapılmasını tələb ediblər: “Dinc dövrdə, atəşkəs dövründə övladlarımız düşmən gülləsi ilə ölməyib. Biz onların ölümünün günahkarlarının tapılıb cəzalandırılmasını tələb edirik”.

Aksiya iştirakçılarının əllərində Azərbaycan və Türkiyənin bayraqları tutublar. Onlar “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Əsgərlərimiz ölməsin, ordu morqa dönməsi!”, “Əsgər ölümünə son!” şüarlarını səsləndirirlər.

Polis aksiyaya müdaxilə etmir.
Bu xəbər oxucular tərəfindən 897 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed