Şrift:
“Sumqayıt” FK yeni mövsümə hazırlığın birinci mərhələsini başa vurub
15.07.2022 [05:50] - Gündəm, İdman
Sumqayıt” futbol klubu növbəti yoxlama oyununu keçirib.

2022-2023-cü il mövsümü üçün hazırlıqlarını davam etdirən Aleksey Baqanın yetirmələri “Kapital Bank Arena”nın ehtiyat meydançasında “Kəpəz”lə üz-üzə gəlib. Komanda rəqibini 3:2 hesabı ilə üstələyib. Oyunda “Sumqayıt” FK-nın qollarını Vüsal İsgəndərli, Elşən Abdullayev və Araz Abdullayev vurub.

Bununla da, “Sumqayıt” FK yeni mövsümə hazırlığın birinci mərhələsini başa vurub. Komandamız 1 günlük istirahətin ardından iyulun 16-da təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyənin Bolu şəhərinə yola düşəcək. İyulun 30-na kimi davam edəcək toplanış müddətində Aleksey Baqanın yetirmələri 3 yoxlama oyunu keçirməyi planlaşdırır.

Rəqiblərin kimliyi və oyunların keçiriləcəyi tarix barədə klubun rəsmi media hesabları tərəfindən məlumat veriləcək.
Bu xəbər oxucular tərəfindən 1080 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed