Şrift:
Yaponiya və ABŞ-ın xarici işlər nazirləri COVID-19-la mübarizəni gücləndirmək məqsədilə onlayn müzakirələr aparacaqlar
15.07.2022 [06:07] - Xəbərlər, Sağlıq
Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi və ABŞ-ın dövlət katibi Entoni Blinken iyulun 19-da COVID-19 virusu ilə mübarizəni gücləndirmək məqsədilə onlayn müzakirələr aparacaqlar.

Bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin iyulun 15-də yaydığı bəyanatda bildirilir.

Qeyd edilir ki, həmin görüşdə xarici işlər nazirləri ilə yanaşı, Dünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus daxil olmaqla digər beynəlxalq təşkilatların, ölkə və regionların nümayəndələri də iştirak edəcəklər.

Görüş zamanı peyvənd təminatı ilə əlaqədar tədarük zəncirinin möhkəmliyinin artırılması, səhiyyə işçilərinə dəstək və pandemiya ilə mübarizə məqsədilə digər tədbirlərin müzakirə olunacağı bildirilir.
Bu xəbər oxucular tərəfindən 3114 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed