Şrift:
Bakının mərkəzində yeni metrostansiyalar olacaq
12.01.2013 [18:50] - Xəbərlər, Sosial
Bakı Metropoliteni yeni xətdə yerləşən iki yeni stansiyasının inşasının hazırlıq işlərini yekunlaşdırıb. Bu barədə şənbə günü Bakı Metropolitenindən bildiriblər.
Stransiyalardan biri Heydər Əliyev adına İdman Konsert Kompleksinin, ikincisi isə Xarici İşlər Nazirliyi və Qış bulvarının yaxınlığında yerləşəcək.
Məlumatda deyildiyi kimi, yeni xəttin yaradılması çərçivəsində başqa stansiyaların da tikintisi aparılır. "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarının tikintisi artıq həyata keçirilir. Habelə əvvəllər Papanin adlandırılan Ceyhun Səlimov küçəsində yerləşən hərbi hospitalın qarşısında yerləşəcək stansiyanın da inşasının hazırlıq işləri yekunlaşdırılıb.
Xəttin çəkilişi "Herrenknext" və "Robbins" tunelqazma kompleksləri vasitəsilə həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 792 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed