Şrift:
Həftənin birinci yarısında bəzi yerlərdə 42-44° isti olacaq
18.07.2022 [06:08] - Gündəm, Bildiriş
Gələn həftənin birinci yarısında ölkə ərazisində yağmursuz, isti hava şəraitinin davam edəcəyi, mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu həftənin birinci yarısında Aran rayonlarında 38-40°, bəzi yerlərdə 42-44°, dağlarda 30-33°, Bakıda və Abşeron yarımadasında isə 33-38° isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, həftənin ikinci yarısında iyulun 22-23-də əsasən şimal və qərb rayonlarında yağış yağacağı ehtimalı var. Havanın temperaturu bir qədər enərək, aran rayonlarında 34-39°, dağlarda 22-26°, Bakıda və Abşeron yarımadasında isə 30-33° isti olacaq.

İyulun 17-nə olan məlumata əsasən, ölkə ərazisində isti hava şəraiti davam edib. Şimal-qərb küləyi əsib. İyulun 17-si səhər Bakıda və Abşeron yarımadasında küləyin sürəti arabir 21 metr/saniyə olub.

İyulun 16-da havanın maksimal temperaturu Bakıda iqlim normasını 3.6° ötüb. Belə ki, Bakıda və Abşeron yarımadasında 38°-dək isti, Naxçıvan Muxtar Respublikasında 37-40°, Şərurda 41°-dək isti, dağlıq rayonlarda 27-30°, Aran rayonlarında 35-40°, Hacıqabulda isə 42° isti olub.
Bu xəbər oxucular tərəfindən 1639 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed