Şrift:
Seymur Həsənli: “Həbs olunanların əksəriyyəti aksiya bitəndən sonra onu siysiləşdirməyə cəhd edənlər oldu.”
12.01.2013 [21:26] - Siyasət
Bakıda “Əsgər ölümünə son!” adlı aksiya keçirilib

Bu gün Azərbaycan Ordusunun əsgəri Ceyhun Qubadovun müəmmalı ölümü ilə əlaqədar bir qrup gəncin sosial şəbəkələr vasitəsilə Bakının Fəvvarələr meydanına təyin etdiyi aksiya keçirilib

Aksiya zamanı Fəvvarələr meydanında çoxsaylı gənclərin qələbəliyi olub. Onlar “Şəhidlər ölməz, vətən bölünməz!”, “Əsgərimiz ölməsin, ordu morqa dönməsin”, “Əsgər ölümlərinə son” kimi şüarlar səsləndirilib.

Daha sonra aksiyaçılar əllərində Azərbaycan və Türkiyənin bayraqları ilə meydanda yürüş edib, ardınca Milli Parka doğru istiqamət alıblar.
Aksiya iştirakçıları ilə polis arasında ciddi qarşıdurma baş verməyib və polisin aksiyaya kobud müdaxiləsi qeydə alınmayıb. Təxminən 40 dəqiqə davam edən aksiya sonunda polis tərəfindən dağıdılıb. Aksiyanı çoxsaylı yerli və xarici jurnalistlər izləyib.

Aksiyaya dəstək verənlərdən biri də Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatının sədri Seymur Həsənlinin fikirlərini öyrəndik.

“Belə aksiyaların təşkil olunması cəmiyyətimizdəki qüsurların aradan qaldırılması baxımdan çox önəmlidir. Əsas olan odur ki, gənclik vahid şəkildə bir irdaə ortaya qoyur. Məni ən çox sevindirən və təbii qarşıladığım odur ki, aksiyaya qatılanların sosial bazasının 80 fazidən yuxarısını milliyətçi gəncliyin təşkil etməsidir. Bu aksiya ona görə önəmlidir ki, əsgərimizin vəhşicəsinə öldürülməsinə səbəb olanlar cəzalanmalı və digərləri bu cəzadan nümunə götürməlidir. Ən əsası da bir daha bu halın baş verməməsidir. Aksiyanın birinci hissəsi çox normal və yüksək səviyyədə keçdi. Çox təəssüflər olsun ki, öncədən xəbərdarlıq edilməsinə baxmayaraq müəyyən siyasi qüvvələr milli maraqlardan öz şəxsi maraqları istiqamətində addım atdılar. Aksiyanı siyasiləşdirib iqtidar əleyhinə çevirməyə cəhd etdilər. Polis aksiyanın keçirilməsinə çox normal yanaşdı. Həbs olunanların əksəriyyəti aksiya bitəndən sonra onu siysiləşdirməyə cəhd edənlər oldu. Görünür həmin insanların da sonradan bu addımı atmasında marağı olub. Yəni cəmiyyət həbs olunanlara görə aksiyanın sosial bazasının və təşkilatı yükünün hansı qüvvələrdə olduğuna dair fikrə yönəlsin. Həm də öz liderlərinə “biz öndəyik”, “proses bizim əlimizdədir” deyə mesajlar versinlər.” – deyə bildirib.

Rufik İsmayılov/"Kaspi" qəzeti
Bu xəbər oxucular tərəfindən 1426 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed