Şrift:
İtaliyanın müxtəlif bölgələrində meşə yanğınları baş verib
20.07.2022 [06:16] - Gündəm, Hadisə
İtaliyanın müxtəlif regionlarında baş verən meşə yanğınları gündəlik həyata mənfi təsir edib.

Ölkənin mərkəz hissəsindəki Oriveto şəhəri ətrafında baş verən meşə yanğını şimal-cənub dəmir yolu nəqliyyatında ləngimələrə səbəb olub.

Meşə yanğını səbəbindən paytaxt Roma ilə Florensiyanı birləşdirən həm sürətli qatar xəttində, həm də adi dəmir yolu xəttində nəqliyyatın hərəkəti dayanıb, uzun gecikmələr yaranıb.

Toskana regionunda Massarosa yüksəkliyində baş verən meşə yanğını yaşayış məntəqələrinə təhlükə yaratdığı üçün 100 nəfər təxliyə edilib. Massarosada indiyədək 360 hektar ərazi yanğından zərər çəkib.

Ölkənin şimal-şərqi ilə şimal-qərbini birləşdirən A4 magistral avtomobil yolunda Triest və Qorisiya arasındakı meşəlik ərazidə baş verən yanğın səbəbindən yolda nəqliyyatın hərəkəti dayandırılıb.

Bundan başqa, Bolzano və Palermo şəhərləri yaxınlığında da meşə yanğınları baş verib.
Bu xəbər oxucular tərəfindən 2646 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed