Şrift:
Qarlı hava ölkə iqtisadıyyatına necə təsir etdi
14.01.2013 [09:59] - Gündəm
Vüqar Bayramov: “Bakıda isə ən çox ziyan nəqliyyat sektoruna xüsusilə yollara dəyib.”
2 gün davam edən qarlı hava şəraiti yolların buz bağlaması, tıxacların olması, enerji sistemində ləngimələr və digər problemləri yaratmaqla yanaşı, ölkə iqtisadiyyatına da ciddi iqtisadi zərər vurub. Həmin zərər əsasən nəqliyyat, xidmət və aqrar sektorda müşahidə olunub.
Nəqliyyatın hərəkətinin iflic olması gündəlik tələbat məhsullarının, xüsusən də ən çox istehlak məhsulu olan çörəyin mağazalara çatdırılmasında problemlər yaradıb. Havaların soyuq keçməsi xidmət sektorunda da müştərilərin azalmasına və bununla əlaqədar dövriyyənin aşağı düşməsinə səbəb olub. Nəticədə, şirkətlər və ayrı-ayrı satış obyektləri tərəfindən dövlət büdcəsinə ödənilən verginin dəyəri də aşağı düşür.
İqtisadçı Vüqar Bayramovun verdiyi məlumata görə, həm Bakıda, həm respublikanın digər bölgələrində, həm real sektorda - topdan və pərakəndə satışda, həm də aqrar sektora vurduğu ziyanı nəzərə alsaq, təxmini qiymətləndirmə göstərir ki, gün ərzində havanın qarlı keçməsi Azərbaycan iqtisadiyyatına vurduğu ziyan təxminən 10 milyon manatdır.
Qeyd edək ki, Azərbaycan iqtisadiyyatının 93 faizini Abşeron iqtisadi rayonu, eləcə də paytaxt Bakı təşkil edir, buna görə də dəymiş ziyanın 85 faizii, yəni təxminən 8 milyon 500 manatı paytaxtın payına düşür. Bakıda isə ən çox ziyan nəqliyyat sektoruna xüsusilə yollara dəyib. Ekspertlər bunun səbəbini çəkilən yolların keyfiyyətinin aşağı olması ilə izah edirlər.
İqtisadçi Vüqar Bayramov onu da biidirdi ki, orta hesabla hər kilometr yolun çəkilməsi üçün xərclənən məbləğ 18 milyon dollardır və qarlı havada Bakı şəhərinin bir çox yollarının sıradan çıxmasını nəzərə alsaq, yollara dəyən ziyan digər sektorlara dəyən ziyandan daha çoxdur.
Regionlarda aqrar sektora dəymiş ziyan isə ümumi zərərin 15 faizini təşkil edir. Bu aqrar sektorda həyata keçirilən işlərin yubanması və istehsal olunmuş məhsulların paytaxt bazarlarına çıxarılmasında problemlərin yaranması ilə bağlıdır.

Günel CƏLİLOVA
Bu xəbər oxucular tərəfindən 860 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed