Şrift:
Çində yaşayış binasında qaz partlayışı nəticəsində ölən və yaralanalar olub
21.07.2022 [05:35] - Gündəm, Hadisə
Çinin Tiencin şəhərində yaşayış binasında güclü qaz partlayışı nəticəsində 4 nəfər ölüb. Hadisə nəticəsində 13 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb.
şəhər hökumətinin məsələyə dair açıqlamasına istinadla xəbər verir ki, iyulun 19-da Beyçen rayonunda baş verən partlayış nəticəsində altımərtəbəli binaya ciddi ziyan dəyib. Hadisə nəticəsində bir neçə nəfər dağıntı altında qalıb. Xilasedicilər dağıntı altından 2 nəfəri sağ çıxara bilsələr də, digər 4 nəfərin meyiti tapılıb.

Partlayışın başvermə səbəbləri araşdırılır.
Bu xəbər oxucular tərəfindən 2550 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed