Şrift:
Amerika: "İran Rusiyaya silah verərsə, cəzalandırılacaq"
21.07.2022 [06:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Robert Mali daha sonra İranın danışıqlara qayıtmayacağı təqdirdə daha da təcridlə üzləşəcəyini bildirib.

Onun sözlərinə görə, Rusiyaya dronlar satacağı halda Tehran bunun bədəlini ağır ödəyəcək.

Robert Mali bildirib ki, Rusiyanın Ukraynanı məhv etmək qabiliyyətini artıran hər şey narahatlıq doğurur.

O, bildirib ki, PUA-ların Rusiyaya satılması faktı İranın iddialarının əksinə olaraq Rəsmi Tehranın tərəfsiz olmadığını göstərir.

Nüvə danışıqları barədə sualları cavablandıran Robert Mali danışıqların vaxtının sürətlə bitdiyini deyib.

"İranın bomba hazırlamaq üçün lazım olan materialları əldə etməsinə indi cəmi bir neçə həftə qalıb. Əlbəttə, bu, bomba hazırlamaqdan fərqlidir, çünki bu cür materialların silahlaşdırılmasını tələb edir"-deyə, Mali bildirib.
Bu xəbər oxucular tərəfindən 801 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed