Şrift:
“Neftçi” klubu UEFA Konfrans Liqasının 2022-2023-cü il mövsümündə ilk oyununu keçirib
22.07.2022 [06:33] - Gündəm, İdman
İyulun 21-də Bakının “Neftçi” futbol klubu UEFA Konfrans Liqasının 2022-2023-cü il mövsümündə ilk oyununu keçirib.

Turnirin ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakı təmsilçisi Kiprdə yerli "Aris" klubunun qonağı olub.

“AEK Arena”da keçirilən matçda "Aris"in start heyətində Vana, Kaju, Morqan Braun, Matiya Şpolyariç, Delmiro Evora Naskimento, Artur Yannik Qomis, Stiv Yaqo, Mixlali Mayambela, Martin Sloqar, Frants Brorsson və Yulius Syoke yer alıblar.

Bakı təmsilçisinin heyətində isə meydana İvan Brkiç, Mamadu Mbodj, Solomon Kvirkveliya, Kenni Sayef, Voislav Stankoviç, Emin Mahmudov, Qodsvey Donyo, Eddi İsrafilov, Azər Salahlı, Ataa Caber və Yusuf Laval çıxıblar.

Xorvatiyalı baş hakim İvan Bebekin idarə etdiyi oyunda “Neftçi” 0:2 hesabı ilə məğlub olub. Kipr klubunun qollarını Kaju və Artur Yannik Qomis vurublar.

Komandalar arasında cavab qarşılaşması 1 həftə sonra Bakıda “Bakcell Arena”da keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 2108 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed