Şrift:
Bakıdan Naxçıvana avtobus reysi fəaliyyətə başlayır
22.07.2022 [07:15] - Xəbərlər, İqtisadiyyat
İyulun 22-dən Bakı-Naxçıvan istiqaməti üzrə gecə reysi fəaliyyətə başlayır.

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bildirilib ki, avtobus hər gün axşam saat 21:00-da Bakı Avtovağzalından yola düşür və səhər saat 9:00-da Naxçıvan şəhərinə çatır. 5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50 faizi ödənilir.

Sərnişinlərin istəyinə uyğun olaraq beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür. Biletləri avtovağzalın kassalarından və https://avtovagzal.az/ saytından onlayn qaydada əldə etmək olar.
Bu xəbər oxucular tərəfindən 1808 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed