Şrift:
İyunda ölkəyə gətirilən avtomobillərin sayı açıqlanıb
25.07.2022 [10:20] - Gündəm, İqtisadiyyat
Cari ilin iyununda Azərbaycana idxal olunan avtomobillərin sayı 6492 ədəd, dəyəri isə 91 milyon 421 min ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, keçən ay ölkəyə gətirilən avtomobillərin 31-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 5974-ü əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 455-i yük daşımaq üçün, 32-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir
Bu xəbər oxucular tərəfindən 1872 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed