Şrift:
Ukraynada büdcə kəsiri 50 milyard dollara çata bilər
25.07.2022 [10:25] - Xəbərlər, İqtisadiyyat
2022-ci ilin sonuna qədər Ukraynanın büdcə kəsiri 50 milyard dollara çata bilər.

Bu proqnozu Ukrayna prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko Rada telekanalının efirində səsləndirib.

“İlin sonunadək Ukraynanın dövlət büdcəsində təxminən 50 milyard dollarlıq kəsir yarana bilər. Bu, ümumdaxili məhsulun təxminən 30-35 faizinə bərabərdir”, - deyə Oleq Ustenko bildirib.

Onun sözlərinə görə, ölkə iqtisadiyyatı yalnız yanvarda və fevral ayının bir hissəsində normal fəaliyyət göstərib, sonra isə büdcədə orta hesabla ayda 5 milyard dollarlıq kəsir yaranmağa başlayıb.

May ayının sonunda Ukraynanın maliyyə naziri Sergi Marçenko büdcənin gəlir hissəsinin yalnız üçdə birinin daxili mənbələrdən əldə edildiyini, üçdə ikisinin isə xarici qrantlar və kreditlər hesabına formalaşdığını bidirmişdi. Baş naziri Denis Şmıqal isə büdcə kəsirinin ayda 5 milyard dollara çatdığını söyləmişdi. Bununla yanaşı, Oleq Ustenko Ukraynanın büdcə kəsirini maliyyələşdirmək üçün ayda 9 milyard dollara ehtiyacı olduğunu bəyan etmişdi.

İyulun 21-də Ukrayna Milli Bankı ilin sonuna qədər ölkədə ümumdaxili məhsulun həcminin 30 faizdən çox azalacağını, inflyasiyanın isə 30 faizdən yuxarı olacağını proqnozlaşdırıb.
Bu xəbər oxucular tərəfindən 1811 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed