Şrift:
Kitabxanada Mirzə Fətəli Axundzadə yaradıcılığına həsr olunmuş dəyirmi masa təşkil edilib
26.07.2022 [07:12] - Gündəm, Mədəniyyət
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Azərbaycan ədəbiyyatının, ictimai-siyasi, fəlsəfi, etik və ədəbi-tənqidi fikrinin görkəmli nümayəndəsi Mirzə Fətəli Axundzadənin yaradıcılığına həsr edilmiş dəyirmi masa təşkil edib.

Dəyirmi masada kitabxananın əməkdaşları və fəal oxucuları Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin məşhur altı komediyasının mövzusu ətrafında müzakirələr aparıblar. Oxucuların ən çox maraqlarına səbəb olan obrazlar Müsyö Jordan, Hacı Qara, Molla İbrahimxəlil olub.

Həmçinin kitabxananın əməkdaşı G.Səfərova oxuculara M.F.Axundzadənin məşhur povesti "Aldanmış kəvakib" haqqında ətraflı məlumat verib, əsərin məzmunu ilə tanış edib.
Bu xəbər oxucular tərəfindən 1667 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed