Şrift:
Yaponiya portalı azərbaycanlı qaçqınların doğma yurdlarına qayıdışı barədə məqalə yayıb
26.07.2022 [07:16] - Xəbərlər, Sosial
Yaponiyanın “ajmedia.jp” portalı azərbaycanlı qaçqınların erməni işğalından azad edilərək yenidən qurulan doğma yurdlarına qayıdışı barədə məqalə y

“Azərbaycan Qarabağ münaqişəsi nəticəsində qaçqın düşənlərin doğma evlərinə qayıdışına başlayıb” adlı məqalədə 1993-cü ildə Zəngilan rayonunun Ağalı kəndini tərk etməyə məcbur olmuş sakinlərin qayıdışından bəhs olunur. Bildirilir ki, bu kənddən olan ilk 58 nəfər doğma evlərinə dönüb. Bundan beş gün sonra daha 41 ailə təsərrüfatı kəndə qayıdıb. Doğma evlərindən didərgin düşən insanların hamısının yaxın aylarda kəndə qayıdacağı vurğulanır.

Məqalədə Qarabağ münaqişəsinin tarixi, XX əsrin 80-ci illərinin sonlarında Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiaları, 90-cı illərin əvvəllərində başlayan müharibə nəticəsində 30 minədək insanın həlak olmasından da bəhs olunur. Qeyd edilir ki, 1993-cü ildə ermənilərin silahlı basqını nəticəsində 30 minədək zəngilanlı doğma evlərini tərk etməyə məcbur olub.

Yazıda 2020-ci ilin payızında baş verən Vətən müharibəsinin Azərbaycanın böyük Zəfəri ilə başa çatdığı və işğal altında olan torpaqların azad edildiyi qeyd olunur.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə görünməmiş miqyasda bərpa və quruculuq işlərinin aparıldığı, yeni yolların çəkildiyi, aeroportların inşa edildiyi bildirilir. Tamamilə yeni infrastrukturun unsa edildiyi həmin ərazilərdə “ağıllı” yaşayış məntəqələrinin salındığı, burada “yaşıl enerjidən” istifadəyə xüsusi diqqət yetirildiyi vurğulanır.

Məqaləyə kənd sakinlərinin qayıdışının əks olunduğu fotolar da əlavə edilib.
Bu xəbər oxucular tərəfindən 814 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed