Şrift:
Diaspor nümayəndələrinin Şuşaya növbəti səfəri başlayıb
26.07.2022 [07:18] - Xəbərlər, Sosial
Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və dəstəyi ilə bir qrup diaspor nümayəndəsi iyulun 26-da Şuşaya səfər edib.

Komitədəən bildiriblər ki, “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq!” layihəsi çərçivəsində beşinci dəfədir həyata keçirilən səfərdə 27 ölkədən 130 diaspor nümayəndəsi iştirak edir.

Səfər zamanı diaspor nümayəndələri mədəniyyət paytaxtımızın baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış Güllələnmiş heykəllərin nümayiş olunduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, Xan qızı bulağını, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhərağa məscidlərini və digər görməli yerləri ziyarət edəcək, postmüharibə dövründə qədim şəhərimizdə aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olacaqlar.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi 2021-ci ildə dörd dəfə (iyulun 27-də, avqustun 17-də, oktyabrın 9-da və dekabrın 2-də) diaspor nümayəndələrinin Şuşa şəhərinə səfərlərini təşkil edib.

“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq!” şüarı ilə reallaşan səfərlər Azərbaycan diaspor tarixinin ən mühüm tədbirlərindən sayılır.
Bu xəbər oxucular tərəfindən 920 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed