Şrift:
Cari ilin yeddi ayında Antalyanı 7 milyona yaxın turist ziyarət edib
02.08.2022 [09:50] - Gündəm, Türk dünyası-Turan
Cari ilin 7 ayında Türkiyənin Antalya şəhərinə hava yolu ilə gələn turistlərin sayının 6 milyon 688 minə çatıb.

Anadolu agentliyinə istinadla xəbər verir ki, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 97 faiz artım deməkdir.

Mövsümün ən aktiv dövrü olan iyul ayında hava yolu ilə şəhərə gələn turistlərin sayı 2 milyon 403 min 992 nəfərə çatıb.

Bu ilin 7 aylıq dövründə Antalya şəhərinə ən çox turist Almaniyadan (1 milyon 363 min) gəlib. İkinci yerdə 1 milyon 275 min 353 qonaqla Rusiya, üçüncü yerdə isə 617 min 440 ziyarətçi ilə İngiltərə gəlir.
Bu xəbər oxucular tərəfindən 490 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed